Şrift:
Ukraynada son sutkada 27 nəfər koronavirusun qurbanı olub
03.07.2020 [11:46] - Gündəm, Sosial
Ukraynada son sutkada koronavirusa 876 nəfər yoluxub, 27 nəfər isə ölüb. Ən çox yoluxma Lvov, Zakarpatya, Donetsk, Volın və Rıvnə vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 46 min 763 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1212 nəfərdir. 20 min 558 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. Kiyev və 13 bölgədə karantin vəziyyəti sərtləşdirilib.
Bu xəbər oxucular tərəfindən 154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed