Şrift:
Kəngərli rayonunda yeni Rabitə Evinin inşası davam etdirilir
03.07.2020 [12:16] - Gündəm, Sosial
Bu ilin mart ayından başlayaraq muxtar respublikanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində Rabitə Evi üçün yeni bina inşa olunur.

Rabitə Evi zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada əhaliyə rabitə xidməti ilə yanaşı, poçt xidmətləri də göstəriləcək. Rabitə Evində iş otaqları, server, “Naxtel” müştəri xidmətləri bölməsi, xidmət zalı, növbətçi otağı, bağlamalar və qəzet-jurnallar üçün 2 otaq, arxiv, iclas zalı, avtomat telefon stansiyası, bufet və qazanxana nəzərdə tutulub.

Yeni inzibati binanın inşası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfində həyata keçirilir.

Qeyd edək ki, indiyədək binanın tikintisində əsas işlər başa çatdırılıb. İnşaat işlərində keyfiyyət amilinə ciddi önəm verilir, əsasən yerli materiallardan istifadə olunur, texniki təhlükəsizliyə diqqət yetirilir.
Bu xəbər oxucular tərəfindən 200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed