Şrift:
Zəncanda xəstəxanadan reportaj hazırlamaq istəyən fotoqraf saxlanılıb
03.07.2020 [14:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, “Sedaye Zəncan(Zəncanın Səsi)” xəbər portalının fotoqrafı bir müddət xəstəxana nəzdindəki təhlükəsizlik şöbəsində saxlanılıb və sorğu-suala çəkilib.

Bu zaman təhlükəsizlik şöbəsinin əməkdaşları jurnalistin mobil telefonu və digər cihazlarını müsadirə etməyə çalışıb.

Təhlükəsizlik qüvvələri həmçinin fotoqrafı mobil telefonundakı informasiyanı ələ keçirməklə hədələyiblər.





Təhlükəsizlik qüvvələri həmçinin fotoqrafın saxlanıldığı yerə müraciət edən “Sedaye Zəncan” saytının sahibi və müxbirlərini həbs etməklə hədələyiblər.

Zəncan Tibb Universiteti və xəstəxana rəhbərliyinin müdaxiləsindən sonra saxlanılan jurnalist sərbəst buraxılıb.





Məlumata əsasən, “Vəliəsr” xəstəxanasından reportaj hazırlamaq istəyən Zəncanın “Həmdeliye Zəncan” xəbər saytının əməkdaşları da eyni problemlə üzləşib.





Qeyd edək ki, Zəncan Tibb Universitetinin təcili yardım mərkəzinin direktoru Əsgər Cəfəri əyalət xəstəxanalarında böhran vəziyyətinin hakim olduğunu deyib.

Onun sözlərinə görə, Zəncanda koronavirus xəstələrini qəbul edən bütün xəstəxanalarda yerlər dolmaq üzrədir. Cəfəri həmçinin “böyük insnai faciənin” baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.





Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş isə xəstəxanalara müraciət edən, həmçinin reanimasiya şöbəsində müalicə alan koronavirus xəstələrinin sayının sürətlə artmasının ciddi narahatlığa səbəb olduğunu bildirib.

“Əvvəllər hər xəstəxanada koronavirusdan müalicə alanların sayı 230 nəfər idisə bu rəqəm hazırda 500 nəfərə çatıb,” deyə Qızılbaş bildirib.
Bu xəbər oxucular tərəfindən 244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed