Şrift:
Dünyada son sutkada koronavirusa 175 mindən çox yoluxma aşkarlanıb
04.07.2020 [10:47] - Xəbərlər, Sağlıq
Dünyada son bir gündə koronavirusa 175 mindən çox yoluxma qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Qeyd edilir ki, bununla da COVID-19-a yoluxma hallarının sayı 10 milyon nəfəri ötüb. Pandemiya ərzində təhlükəli virusdan ölənlərin sayı 515 mindən çoxdur.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 175 723 hal qeydə alınıb, COVID-19-dan 5 032 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 10 710 005, ölüm hallarının sayı 517 877 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 5 445 710 nəfər virusa yoluxub. Avropada bu rəqəm 2 737 689 təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed