Şrift:
Türkiyə Superliqasının XXX turuna start verilib
04.07.2020 [10:49] - Gündəm, İdman
Futbol üzrə Türkiyə çempionatının XXX turunun birinci qarşılaşmasında "Dənizlispor" doğma meydanda "Qaziantep"i qəbul edib.

Maraqlı keçən qarşılaşmada yeganə qolu qonaqların yarımmüdafiəçisi Güray Vural vurub. Beləliklə, görüş 1:0 hesabı ilə "Qaziantep"in xeyrinə bitib.

Bundan əlavə, turda bu gün "Ankaragücü" - "Alanyaspor", "Yeni Malatyaspor" - "Gənclərbirliyi", "Antalyaspor" - "Başakşəhər", "Fənərbağça" – "Göztəpə", ertəsi gün isə "Kasımpaşa" - "Sivasspor", "Konyaspor" - "Rizəspor", "Qalatasaray" – "Trabzonspor" komandaları qarşılaşacaq. XXIX tura iyunun 29-da "Kayserispor" –"Beşiktaş" görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 60 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 58 xalla ikincidir. "Sivasspor" 53 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş" (50 xal), "Fənərbağça" (46 xal), "Alanyaspor" (45 xal) və digər komandalar gəlir.
Bu xəbər oxucular tərəfindən 202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed