Şrift:
İyun ayında Amerika hərbi qulluqçuları arasında koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb
04.07.2020 [13:17] - Xəbərlər, Siyasət
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular arasında koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı son üç həftə ərzində iki dəfədən çox artıb.

İyulun 1-nə olan vəziyyətə görə, 12521 Amerika hərbi qulluqçusu virusa yoluxub. İyunun 3-də bu rəqəm 6864 təşkil edirdi.

Yoluxma hallarının sayına görə ordu hərbi-dəniz donanmasını üstələyib: orduda 3836, HDQ-də isə 3662 hal qeydə alınıb. Pandemiya başlayandan COVID-19 virusu 3 hərbi qulluqçunun həyatına son qoyub.
Bu xəbər oxucular tərəfindən 84 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed