Şrift:
DYP: İcazəsi olmadan postlardan keçmək istəyən 3158 nəqliyyat vasitəsi geri qaytarılıb
04.07.2020 [13:19] - Gündəm, Hüquq
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 3-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 3-ü saat 00:00-dan iyulun 4-ü saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2118 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 371 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 2491 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 910-u rayon, 790-nı paytaxt istiqamətinə olmaqla 1700, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 27-i rayon, 127-i paytaxt istiqamətinə olmaqla 214, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 466-ı rayon, 778-i paytaxt istiqamətinə olmaqla 1244 nəqliyyat vasitəsi geri qaytarılıb. Ümumilikdə 3158 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed