Şrift:
Ukraynada son sutkada 914 nəfər koronavirusa yoluxub
04.07.2020 [13:24] - Gündəm, Sosial
Ukraynada son sutkada 914 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb. Ən çox yoluxma Kiyev, Lvov və Volın vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 47 min 677 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1227 nəfərdir. 21 min xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. Kiyev və 13 bölgədə karantin vəziyyəti sərtləşdirilib.
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed