Şrift:
İranın İraqdakı yaraqlı qruplaşmalara göstərdiyi kömək kəskin dərəcədə azalıb
04.07.2020 [13:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə "Reuters" agentliyi həmin qruplaşmaların adlarını açıqlamadığı 3 komandanına və 1 digər etibarlı mənbəyə istinadən məlumat yayıb.


Bildirilir ki, Covid-19 infeksiyasının yayılması nəticəsində yaranan iqtisadi çətinliklər, iki ölkə arasında pandemiya səbəbindən sərhədlərin bağlanması və ABŞ-ın İrana qarşı sanksiyalarının daha da şiddətlənməsi bu köməklərin azalmasının əsas amillərindəndir.


Komandanlardan biri agentliyə deyib ki, cari ilin ilk ayından etibarən İranın İraqda fəaliyyət göstərən 4 əsas şiə yaraqlı qruplaşmasına etdiyi maddi yardım aylıq 4.5- 5 milyon dollardan 2- 3 milyona, bəzi hallarda isə daha da aşağı düşüb. Halbuki bu rəqəm ABŞ-ın 2018-ci ildə nüvə razılaşmasından çıxaraq, yenidən İrana qarşı sanksiyalar qəbul etməsindən əvvəl aylıq 13- 15 milyon dollar arasında dəyişirdi.


Buna görə də, həmin qruplaşmalar hərbi əməliyyatlar keçirmək üçün ehtiyac duyduqları maddi vəsaiti iqtisadi fəaliyyətlər kimi digər yollarla əldə etməyə yönəliblər.


Komandanların agentliyə dediklərinə əsasən, "Qüds Briqadası"nın komandanı Qasım Süleymaninin öldürülməsi də İranın sözügedən qruplaşmalara yardım etməsinə ağır zərbə vuran amillərdəndir.


Digər tərəfdən, yayılan bəzi məlumatlarda İranın bu ilin başlanğıcından oxşar səbəblərə görə Qəzza zolağında fəaliyyət göstərən Fələstin qruplaşmaları, eləcə də Livan "Hizbullah"ına da maddi və hərbi yardımının kəskin dərəcədə aşağı düşdüyü qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed