Şrift:
İranda daha 2449 nəfər koronavirusa yoluxub, 148 nəfər ölüb
04.07.2020 [14:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari son 1 sutka ərzində Covid-19 infeksiyasına yoluxmuş daha 2449 nəfərin aşkarlandığını, bununla da ümumi yoluxma sayının 237 878 nəfərə çatdığını deyib.


Onun sözlərinə görə, indiyədək 198 949 nəfər tam sağalaraq evə buraxılıb. Hazırda vəziyyəti ağır olan 3136 nəfər intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.


Sözçü sonda qeyd edib ki, bu günə qədər İranda 1 milyon 769 min 520 test həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed