Şrift:
Hindistanda COVID-19-a yoluxmada yeni rekord qeydə alınıb
05.07.2020 [10:51] - Gündəm, Sosial
Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlaması xəbər verir ki, ötən sutka ölkədə COVID-19 səbəbindən 442 ölüm baş verib. İndiyədək Hindistanda 18 min 655 nəfər bu virusdan ölüb. Virusa yoluxanların 60 faizinin sağaldığı bildirilir.


Artıq bir neçə ştatda xüsusi karantin rejimi iyulun 31-dək uzadılıb. Bəzi ştatlarda isə komendant saatı tətbiq olunur.


Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ, Braziliya və Rusiyanın ardından 4-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed