Şrift:
Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb
05.07.2020 [11:02] - Xəbərlər, Hərb
Ermənistanın Gümri şəhərində Rusiya hərbçisinin meyiti tapılıb.

Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin məlumatına görə, Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının 20 yaşlı hərbçisinin meyiti kirayə yaşadığı mənzildə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın 102 saylı hərbi bazası 1995-ci ildə imzalanmış müqaviləyə əsasən Ermənistanın Gümri şəhərində yerləşir. 2010-cu ildə müqavilənin müddəti 2044-cü ilədək uzadılıb.
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed