Şrift:
Gürcüstanın və Macarıstanın Xarici İşlər nazirləri regional əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər
05.07.2020 [13:20] - Xəbərlər, Siyasət
Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto uzun fasilədən sonra iyulun 6-da Gürcüstana səfərə gələcək.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Peter Siyyarto səfər çərçivəsində baş nazir Giorgi Qaxaria, gürcü həmkarı David Zalkaliani, iqtisadiyyat, elm və təhsil, habelə regional inkişaf nazirləri ilə görüşəcək.

Macarıstan Xarici İşlər Nazirinin Gürcüstanın Katolikos-Patriarxı II İlya ilə də görüşü nəzərdə tutulub.

Görüşlərdə Gürcüstan ilə Macarıstan atasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional təhlükəsizlik, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin perspektivləri və s. məsələlər müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed