Şrift:
Güney azərbaycanlı milli fəal Meysəm Colaninin həbs cəzası artırılıb
05.07.2020 [13:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, Colaninin apelyasiya şikayətinə baxan Ərdəbil İkinci Cəza Məhkəməsinin 102-ci şöbəsi daha öncə çıxarılan 74 şallaq cəzasını qüvvədə saxlayaraq milli fəalın həbs cəzasını 6 aydan 13 aya artırıb.





Bu barədə, Məhkəmənin Elektron Sistemi tərəfindən göndərilən məktub vasitəsilə Colaniyə məlumat verilib.





“İğtişaş yaratmaqla ictimai nizam-intizamı pozmaq”da günahlandırılıan Colaninin apelyasiya məhkəməsi Tahir Rəsulinin sədrliyi ilə iyunun 30-da keçirilmişdi.

Hökmlə bağlı 20 gün ərzində Ərdəbil əyalətinin Apellyasiya Məhkəməsinə şikayət edilə bilər.





Ərdəbil sakini olan milli fəal 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı. O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıb.





Meysəm Colani tanınmış güney azərbaycanlı milli-mədəni fəallardandır. O, bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed