Şrift:
Güney azərbaycanlı müğənninin türkcə mahnısına lisenziya verilməyib
06.07.2020 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış pop müğənnisi Mehrdad Kəsani bu barədə öz İnstagram səhifəsində məlumat verib.





Onun sözlərinə görə, İran Radio-Televiziya Təşkilatının “Azəri Şeir və Musiqisinə Nəzarət və Lisenziya Şurası” musiqinin “yerli(iranlı) olmaması” və “mahnı sözlərinin vətən mövzusu ilə əlaqəsizliyini”, eləcə də ifanın türkcə olmasını əsas gətirərək mahnıya lisenziya verməkdən imtina edib.





Məlumata əsasən, aidiyyəti qurumlar Kəsaninin “yerli və iranlı olmamağın necə müəyyənləşdirldiyi və vətən deyəndə nəyin nəzərdə tutulduğu” suallarına cavab verməyib.





Bu qurumlar həmçinin müğənninin türkcə mahnıların ifasının qadağan edilməsi ilə bağlı hər hansı bir qanun maddəsinin olub-olmadığı barədə sualına da cavab verməkdən imtina edib.


Keçən həftə Güney Azərbaycanın digər pop müğənnisi Peyman Keyvani İran rəsmilərinin yaratdığı maneələrdən sonra musiqini buraxmağa məcbur olduğunu açıqlamışdı.

Gənc müğənni 2018-ci ildə də keçirmək istədiyi türkcə konsertə icazə verilmədiyi üçün gitarasını yandırmışdı.





İranda azərbaycanlı müğənnilərin əksəriyyəti konsert keçirmək üçün oxşar problemlə üzləşir. İslami İrşad və Mədəniyyət İdarəsi Azərbaycan şəhərlərində fars dilində konserti dəstəklədiyi halda, azərbaycanlı müğənnilər bir çox problemlə üzləşir.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed