Şrift:
Traxtur klubunun perulu hücumçusu koronavirusa yoluxub
06.07.2020 [11:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Klubun rəsmi internet səhifəsinin verdiyi məlumata əsasən, komandanın Perulu hücumçusu Uilyam Mimbelanın koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Məlumata görə, Mimbelanın testinin cavabı Traxtur komandasının Abadanın Neft komandası ilə oyunundan öncə bəlli olub və perulu oyunçu dərhal karantinə alınıb.





Şənbə günü Abadan şəhərində keçirilən oyun 2:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə yekunlaşıb.





Daha öncə komandanın 4 futbolçusu və bir məşqçisində, eləcə də klubun idarə heyəti və tibbi heyətinin üzvlərinin birində infeksiya aşkarlanmışdı. Koronavirusa yoluxanların adları açıqlanmayıb.





Traxtur futbol klubunun Sahibi Məhəmməd Rza Zunuzi və komandanın tanınmış futbolçuları dəfələrlə koronavirusun geniş yayıldığı üçün İran çempionatının yenidən başlamasının doğru olmadığını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed