Şrift:
Ruben Petrosiyan: "Melkonyanı öldürən İbad Hüseynov adlı kəşfiyyatçı idi"
29.10.2012 [15:02] - Xəbərlər, Sosial
"Bundan sonra İbo-nu məfv etmək üçün plan işlənildi və onu minaya sala bildik. Buna görə həmin gün çox sevincli idik"
Dağlıq Qarabağ savaşına hər zaman Azərbaycan ordusunun zabit və əsgərlərinin gözü ilə yanaşmışıq. Bu dəfə ənənəni pozaraq erməni döyüşçüsü və hazırda istefada olan zabit Ruben Petrosiyanın dediklərini nəzərinizə çatdırırıq.


- Ruben, nə vaxtdan Dağlıq Qarabağda döyüşlərdə olubsan?

- 1992-ci ildə bir qrup erməni gənci ilə Yerevanda könüllü olaraq döyüşə getmək üçün ərizə yazdıq və 92-ci illərin ilk ayında artıq Qarabağda idik.
- Bəs hazırlıq keçmədiniz?
- Sözsüz ki, keçdik. Yerevandan bizim üstümüzdə gələn iki nəfər və Qarabağ ermənilərinin döyüş təcrübəsi var idi və biz 2 aylıq hazırlıq keçdik. Onda indiki kimi hər cür silah yox idi. Əsasən tüfəng və avtomatdan istifadə edirdik və uşaqlardan bəzilərimiz ratsiyadan istifadəni də öyrənmişdik.
- İlk döyüşün yadındadı?
- Hə...Martunidə oldu. Doğrusu ilk döyüşdə hətta gülləni hara atdığımıza da baxmırdıq. Bizdən əvvəlki döyüşçülər nə hərəkət edirdisə bizdə onu təkrarlayırdıq. Amma döyüşdən sonra bizə təşəkkür etdilər ki, mərdcəsinə döyüşmüşük. Düzdü həmin döyüşdə azərbaycanlıların hansısa postunu və ya kəndini ələ keçirtməmişdik. Amma eləcə atışma olmuşdu.
- Həmin dövrlərdə hərbi hissəniz nə hazırlıqda idi?
- Demək olar ki, onda Ermənistanda, Azərbaycanda ordu hazırlığı görürdülər. İndijki dövrlə müqayisədə bu hissələrə peşəkar hissələr demək olmazdı. Amma döyüş təcrübəsi toplayırdıq hər gün. Bizim dəstə məşhur “Fidain” könüllü dəstəsinin əsasında hazırlanmışdı və ilin sonuna yaxın artıq bizdə komendat məhşur döyüşçü,komandir Monte Melkonyan idi.
- Onun haqqında hansı xatirələri danışa bilərsən?
- O, bizdən fərqli olaraq döyüşməyi bacarırdı. Peşəkar idi və əsgərlərə qarşı çox tələbkar idi. Hər gün əsas işi nizam intizamla məşğul olmaq idi. Bir də hardan hucuma keçib, əsas hansı strateji əraziləri ələ keçirtmə planını yaxşı işləyə bilirdi. Həm də onun haqqında çox əfsanələr gəzirdi. Onun Amerikadan Qarabağı azərbaycanlılardan təmizləmək üçün gəldiyi deyilirdi. Belə fikirlərdə səsləndirilirdi ki, o Kür çayına qədər əraziləri alandan sonra Yerevana qayıdacaq və prezident olacaq. Çoxlarımız hesab edirdik ki, böyük Ermənistanı məhz o yarada bilər.
- Bəs onun ölümü necə təsir etdi?
- Onun ölümü çox gözlənilməz oldu. Yəni dəhşətli hansısa hadisə olmamışdı. Martunidə vacib kəndlərdən birinin ələ keçirilməsi əməliyyatı işlənmişdi. Hesab edirdik ki, bir aya qədər Martuni bölgəsinə və ətraf bölgələrə nəzarət tam bizim əlimizdə olacaq. Çünki əlavə gücümüzdə gəlmişdi. Həm də Melkonyana uşaqlar çox inanırdı.Plan o idi ki, 1993-cü ilin sentyabrına qədər o ərazilər tam nəzarətimizdə olsun. Amma , deyəsən iyun ayında gözlənilmədən Melkonyan öldürüldü. Bizdə məlumat varıydı ki, onun öldürülməsi üçün azərbaycanlılar nə isə etmək istəyir. Buna görə azərbaycanlıların kəşfiyyat bölmələrinin fəaliyyətini daraltmaq üçün kəşfiyyata əlavə güc verilmişdi. Onların fəaliyyətini tam nəzarətdə saxlamaq istəyirdik. Amma alınmadı.
- Hadisə necə baş vermişdi?
- Çox gözlənilməz oldu. Biz Melkonyanın “nəşini” tapanda bir qəddarlıqla üz-üzə qaldıq. Onun başı bədənindən ayrılmışdı. Məncə bir döyüşçü ilə belə rəftar olmazdı. Həm də onu azad etdiyimiz Muğanlı kəndinin içində öldürmələri bu hər bir döyüşçünün şərəfinə təhqir idi. Bundan sonra bütün döyüşçülər and içdik ki, onun intiqamını alaq. Melkonyanın qardaşı onun intiqamını alanı şəxsən qəbul edəcəyini demişdi. Kəşfiyyat məlumat gətirmişdi ki, Melkonyanı ölıdürən Azərbaycan kəşfiyyatçıları olmuşdu. İbo ya İdo (İbad Hüseynovu nəzərdə tutur-red) adlı kəşfiyyatçı idi. Onu diri-diri tutmaq əmri almışdıq. Amma dəfələrlə onları ələ keçirtmək imkanımız olsada çatdıra bilməmişdik. Bundan sonra onu məfv etmək üçün plan işlənildi və onu minaya sala bildik. Buna görə həmin gün çox sevincli idik.
- Bəs xəbəriniz var dediyiniz o döyüşçü, İbad Hüseynov, sağdır?
- Hə İbad idi.Ola bilməz o minaya salındı və məfv edildi.
- Yox sağdır. Onun şəkillərini indi google-də axtarışa verib tapa da bilərsiniz. (Bundan sonra müsahibimizi inandırmaq üçün İbad Hüseynovun və onun döyüşçü dostlarının şəkillərinin və bir vido görüntünün linkini göndəririk ).
- İnandınızmı?
- Himmm
- Bəs indi nə düşünürsünüz İbad Hüseynov haqqında?
- Düşmən hər zaman düşməndir, nə düşünməliyəm ki?
- Bizdə?
- Siz jurnalistsiniz. Amma sabah sizdə əlinizdə silah bizə qarşı döyüşəsinizsə əlbətdə düşmənsiniz.
- Sizin qəhrəmanı öldürən bir döyüşçüyə, İbad Hüseynova nə deyərdiniz?
- Heç nə. Biz içdiyimiz anda sadiqik. Və söz deyilməz, edilər. Gec-tez də dediyimiz sözü əməl edəcəyik.
(Bundan sonra söhbətmiz daha çox onun sualları ilə davam edir və o İbad Hüseynovun hazırda yenə hərbçi olub-olmaması ilə maraqlandı. Dedik ki, minaya düşəndən sonra orduda deyil. O isə çox qəribə şəkildə donquldandı. Söhbət əsnasında Ramil Səfərovunda indi nə işlə məşğul olmasını soruşdu. “Hə”-cavabını alanda maraqlı söz dedi:-“o, İbadda, Ramildə sevinsin ki çox qocalmışam”). Vəssalam. Müsahibəmiz bununla tamamlandı. Amma aydın oldu ki, nə qədər xalq diplomatiyasından danışılsada,bunlar sadəcə mənasızdır.
Bu xəbər oxucular tərəfindən 3200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed