Şrift:
Rumıniyada koronavirusa yoluxanların sayı artaraq davam edir
06.07.2020 [11:27] - Gündəm, Sosial
Rumıniyada koronavirusa yoluxanların sayı artaraq 28 min 973 nəfərə çatıb.

Rumıniya Səhiyyə Nazirliyi xəbər verir ki, son 24 saat ərzində 391 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 1750 nəfərdir.

Qeyd edək ki, Rumıniya hökuməti vətəndaşları sanitar normalara riayət etməyə, təhlükəsiz məsafə saxlamağa çağırıb. Bildirilib ki, vəziyyətin kəskinləşməsi yeni məhdudiyyətlərin tətbiqi ilə nəticələnə bilər.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed