Şrift:
Hindistanda son 4 sutkada gündəlik yoluxma sayı 20 mindən çox olub
06.07.2020 [14:14] - Gündəm, Sosial
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 24 min 248 yoluxma qeydə alınıb. Bu, ölkədə gündəlik yoluxma üzrə ən yüksək göstəricidir. Artıq 4 ardıcıl gündür ki, Hindistanda gündəlik yoluxma sayı 20 mindən çox olub.

Hindistanın Federal Səhiyyə Nazirliyi xəbər verir ki, ötən sutka COVID-19 səbəbindən 425 ölüm baş verib və ümumi ölüm sayı 19 min 693-ə çatıb. Ölkədə indiyədək 697 min 413 nəfər yeni növ koronavirusa yoluxub.

Nazirlik virusa yoluxanların 424 min nəfərinin sağaldığını açıqlayıb. Ötən müddətdə yeni yoluxma hallarının müəyyən edilməsi üçün 10 milyona yaxın test aparılıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların ümumi sayına görə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.
Bu xəbər oxucular tərəfindən 475 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed