Şrift:
Güney azərbaycanlı milli fəal Ruzbeh Piri sərbəst buraxılıb
06.07.2020 [14:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz sakini olan Ruzbeh Piri “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə məhkəmə tərəfindən 91 gün azadlıqdan məhrum edilmişdi.





Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdı.





Piri qardaşları insan hüquqları, ətraf mühit və heyvan hüquqları ilə bağlı apardıqları mədəni fəaliyyətlərinə görə uzun müddətdir ki, təhlükəsizlik orqanlarının ağır təzyiqlərinə məruz qalır.
Bu xəbər oxucular tərəfindən 226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed