Şrift:
MN: İrana zərbə endirən təyyarələrin Azərbaycanın hava məkanından istifadə etməsi barədə məlumatlar yalandır
06.07.2020 [14:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır:


“Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil. Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq”, - deyə məlumatda qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed