Şrift:
İranda indiyədək 44 taksi və avtobus sürücüsü koronavirusdan vəfat edib
06.07.2020 [14:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə ötən gün axşam İran televiziyalarından birində çıxış edən rəsmi həmçinin qeyd edib ki, indiyədək 150 avtobus və 450 taksi sürücüsü Covid-19 infeksiyasına yoluxub.


Qeyd etmək lazımdır ki, mayın 2-də Taksi İttifaqının icraçı direktoru Murtuza Zamini ölkə ərazisində 450 taksi sürücüsünün koronavirusa yoluxduğunu elan etmişdi. Buna görə də, Daxili İşlər nazirinin həmin köhnə statistikanı səsləndirdiyi görünür.


Bu gün isə Tehran Bus Şirkətinin rəhbəri Mahmud Tərəffo bu günə qədər 200-dən çox avtobus sürücüsünün xəstəliyə yoluxduğu barədə məlumat yayıb.


İranın koronavirusla bağlı yaydığı rəsmi statistikalarda rəqəmləri qeyri-real göstərməsi və saxtakarlıqları həm ölkə daxilində, həm də xaricində kəskin tənqid edilir.
Bu xəbər oxucular tərəfindən 210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed