Şrift:
Bu küçələrinin kəsişməsində sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub
07.07.2020 [09:49] - Xəbərlər, İqtisadiyyat
Mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin qeydə alındığı Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə zəruri tədbirlər görülüb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, qəza ocağı kimi tanınan kəsişmə Agentliyin mütəxəssisləri tərəfindən yoxlanılıb. Əldə olunan nəticələr təhlil olunaraq həlli istiqamətində işlərə başlanılıb. Bu çərçivədə kəsişmədə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed