Şrift:
Fransanın yeni hökumətinin tərkibi elan olunub
07.07.2020 [09:51] - Gündəm, Sosial
Fransanın yeni Baş Naziri Jan Kasteksin ilk hökumətinin tərkibi elan olunub.

Yeni hökumətdə 31 nazir təyin olunub. Yeni hökumət 14 kişi və 17 qadın nazirdən ibarətdir. Sabah Nazirlər Şurasının ilk iclası keçiriləcək.

Əvvəlki hökumətin kənd təsərrüfatı, ədliyyə, daxili işlər və mədəniyyət nazirləri vəzifələrindən azad edilib. Dövlət Büdcəsi naziri Jerar Darmənən daxili işlər nazir təyin olunub. Dövlət katibi Qabriel Attal hökumətin sözçüsü təyin olunub.
Bu xəbər oxucular tərəfindən 143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed