Şrift:
Xorxe Masvidal “UFC-251” turnirində Kamaru Usmanla döyüşəcək
07.07.2020 [10:04] - Gündəm, İdman
İyulun 11-də amerikalı Xorxe Masvidal Abu-Dabinin “Döyüş adası”nda baş tutacaq Mütləq Döyüş Çempionatının (UFC) əsas yarışı olan “UFC-251” turnirində həmyerlisi Kamaru Usman ilə orta çəki dərəcəsində (77 kiloqram) görüş keçirəcək.

Bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, X.Masvidal bu döyüşdə braziliyalı idmançı Gilbert Burnsu əvəz edəcək. Xatırladaq ki, G.Burns koronavirus testinin nəticələri müsbət çıxdığı üçün UFC-nin turnirindən kənarlaşdırılıb.

Otuz üç yaşlı K.Usmanın aktivində 16 qələbə, 1 məğlubiyyət var. Otuz beş yaşlı rəqibi isə qarışıq döyüşlərdə 48 qarşılaşma keçirib, 35 qələbə qazanıb, 13 dəfə məğlub olub.

X.Masvidal UFC tarixində ən sürətli nokautun müəllifidir. O, 2019-cu ilin iyulunda keçirilən qarşılaşma zamanı amerikalı rəqibi Ben Askreni cəmi 5 saniyə içində dəqiq zərbə ilə nokauta salaraq məğlub edib.
Bu xəbər oxucular tərəfindən 158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed