Şrift:
Tokioda Əcnəbilərə Dəstək Mərkəzi açılıb
07.07.2020 [10:05] - Xəbərlər, Siyasət
Yaponiya hökuməti Tokioda bu ölkədə yaşayan əcnəbilər üçün “vahid pəncərə” sistemi üzrə işləyən Əcnəbilərə Dəstək Mərkəzi (FRESC) açıb.

FRESC adlanan mərkəz paytaxtın Şincuku rayonunun Yotsuya məntəqəsində fəaliyyətə başlayıb. Burada İmmiqrasiya Xidmət Agentliyi və Yaponiya Hüquq Dəstəyi Mərkəzi kimi hökumət orqanları ilə əməkdaşlıq edən səkkiz təşkilat təmsil olunur.

Ziyarətçiləri qəbul edən mərkəzin əməkdaşları onlara 11 dildə xidmətlər təklif edirlər. Mərkəz, həmçinin yerli administrasiyalara və şirkətlərə əcnəbi işçilər və tələbələr barədə də məlumatlar təqdim edirlər.

Ədliyyə naziri Mori Masako bildirib ki, mərkəz əcnəbi sakinlərin bütün narahatlıqlarına, o cümlədən koronavirus pandemiyası ilə bağlı sorğularına cavab verməyə yardım edəcək.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed