Şrift:
Şamaxıda heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıb
07.07.2020 [10:07] - Gündəm, İqtisadiyyat
Şamaxı rayonunda cari ilin altı ayı heyvandarlar üçün uğurlu nəticələrlə yekunlaşıb. Belə ki, ilin birinci yarısında heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıb.

Bu barədə Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, yarım ildə diri çəkidə 2043 ton ət istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 ton çoxdur. Süd istehsalı da 4826 ton artaraq 15 min 903 tona çatıb. Yarım ildə, habelə yumurta istehsalı 431 min ədəd artıb və 9 milyon 241 min ədəd, yun istehsalı 25,7 ton çoxalıb və 399,8 ton olub.

Qeyd edək ki, süd istehsalında “Kürdəmir süd istehsalı” MMC-nin Şamaxıdakı təsərrüfatının xüsusi payı olub. Belə ki, yarım ildə rayonda istehsal edilən südün 38 faizi bu təsərrüfatın payına düşür.
Bu xəbər oxucular tərəfindən 149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed