Şrift:
İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ olub
07.07.2020 [10:59] - Gündəm, Hadisə
İyulun 7-də İndoneziyanın yava adasının sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Məlumat yayıb.

Yeraltı təkanların episentrinin Mərkəzi Yava əyalətinin Semaranq şəhərində 142 kilometr şimalda, ocağının 525 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Bu xəbər oxucular tərəfindən 174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed