Şrift:
Binəqədi rayonunda karantin rejimi qaydalarını pozan şəxslər cərimələniblər
07.07.2020 [11:07] - Gündəm, Sosial
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayət olunan çay evi aşkarlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, İdarənin, Binəqədi Rayon Polis İdarəsinin və 6-cı polis bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində “Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 17 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icrədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimələniblər.
Bu xəbər oxucular tərəfindən 168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed