Şrift:
İsmayıllı rayonuna istirahətə gələn şəxslər barədə inzibati tənbeh tədbirləri görülüb
07.07.2020 [16:27] - Gündəm, Sosial
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları Bakıdan, eləcə də sərtləşdirilmiş karantin rejiminin elan edildiyi digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyənləşdirilməsi məqsədilə tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazə müddəti başa çatmış və iş üçün icazələri olan, ancaq istirahət məqsədilə rayona gələn şəxslər müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed