Şrift:
“Başakşəhər” çempionluğa bir addım daha yaxınlaşıb
08.07.2020 [09:35] - Gündəm, İdman
Futbol üzrə Türkiyə çempionatının XXXI turunun birinci gün qarşılaşmasında "Başakşəhər" doğma meydanda "Dənizlispor"u qəbul edib.

Maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqiblərini iki cavabsız qolla məğlub ediblər. İstanbul təmsilçisinin qollarını Enzo Krivelli (65) və Edin Viska (78) vurub.

Beləliklə, görüşdə 2:0 hesabı ilə qalib gələn "Başakşəhər" klubu çempionluğa bir addım daha yaxınlaşıb. İstanbul klubu növbəti üç görüşün hər birində qələbə qazanarsa, çempionluğunu rəsmiləşdirəcək.

Bundan əlavə, turda iyulun 8-də "Sivasspor" – "Yeni Malatyaspor", "Trabzonspor" - "Antalyaspor", "Alanyaspor" - "Qalatasaray", "Göztəpə" - "Ankaragücü", sabah isə "Rizəspor" - "Kayserispor", "Beşiktaş" - "Kasımpaşa", "Qaziantep" – "Konyaspor" komandaları qarşılaşacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 61 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Fənərbağça" (50 xal), "Beşiktaş" (50 xal), "Alanyaspor" (48 xal) və digər komandalar gəlir.
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed