Şrift:
“Liverpul” Tiaqo Alkantaranın transferini rəsmiləşdirib
08.07.2020 [09:37] - Gündəm, İdman
İngiltərənin "Liverpul" futbol klubu Almaniyanın "Bavariya" komandasının futbolçusu Tiaqo Alkantaranı transfer edib.

29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılacaq. Onun tibbi baxışdan keçəcəyi və avqustun 1-də sözləşməyə imza atacağı bildirilib.

Qeyd edək ki, Tiaqo Alkantara "Barselona"nın yetirməsidir. Braziliya əsilli ispaniyalı yarımmüdafiəçi "Bavariya"ya 2013-2014-ci il mövsünündə keçib. Ötən mövsüm Alkantara 24 oyuna 3 qol vurub.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed