Şrift:
Azərbaycan şahmatçısı Günay Məmmədzadə çinli Venjun Ju ilə mübarizə aparacaq
08.07.2020 [09:41] - Xəbərlər, İdman
Bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək. Turnirdə ümumilikdə, 16 şahmatçı mübarizə aparacaq.

Yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də iştirak edəcək. Səkkizdəbir finalda şahmatçımızın rəqibi dünyanın ən güclü qadın şahmatçılarından biri, çinli Venjun Ju olacaq.

G.Məmmədzadə bundan əvvəl Qran-Prinin birinci və ikinci mərhələlərində mübarizə aparsa da, çıxışı uğurlu alınmayıb.

Səkkizdəbir finalın digər görüşlərinə gəldikdə, Rusiya şahmatçıları Aleksandra Kostenyuk həmyerlisi Olqa Qirya, Yekaterina Laqno Bibisara Asyabayeva (Qazaxıstan) ilə oynayacaqlar. Hindistan şahmatçıları Humpi Koneru Vayşali Rameşbabu, çinli Hou Yifan Turmunx Munxzul (Monqolustan), Anna Uşenina (Ukrayna), Deysi Kori (Peru), Harika Dronavali (Hindistan) Tatev Abrahamyan (ABŞ), Sarasadat Hademalşarieh (İran) İrina Kruş (ABŞ) ilə mübarizə aparacaqlar.

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed