Şrift:
Qırğızıstanda Joqorku Keneşə seçkilər bu il oktyabrın 4-də keçiriləcək
08.07.2020 [10:20] - Xəbərlər, Siyasət
Qırğızıstanda Joqorku Keneşə (parlament) seçkilər bu il oktyabrın 4-də keçiriləcək.

Qırğızıstan Prezidentinin mətbuat xidməti xəbər verir ki, bununla bağlı dövlət başçısı Sooronbay Jeenbekov Fərman imzalayıb.

Yüz iyirmi yerlik Qırğızıstanın qanunvericilik orqanına seçkilər partiya siyahıları üzrə keçiriləcək. Hazırkı deputat korpusunda ölkənin altı siyasi partiyasının nümayəndələri təmsil olunur.

Yeni seçkilərdə isə ölkənin 16 siyasi partiyası iştirak etmək istəklərini ifadə ediblər.
Bu xəbər oxucular tərəfindən 152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed