Şrift:
Əlirza Zali: “Tehranda koronavirusla bağlı əvvəlki məhdudiyyətləri yenidən bərpa etməliyik”
08.07.2020 [14:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün ali təhsil ocaqlarına giriş imtahanlarının təxirə salınmasının məqsədə uyğun olmasına toxunan Əlirza Zali deyib ki, xəstəliklə bağlı əvvəlki məhdudiyyətləri yenidən bərpa etmək lazımdır: “Hesab edirəm ki, qısa müddətə olsa belə, sərt karantin rejimi ilə bağlı tətbiq edilən əvvəlki məhdudiyyətlər yenidən tətbiq edilməlidir.


Bundan əsas məqsədimiz isə, həddən artıq yorulmuş tibbi personala müvəqqəti istirahət etmək üçün bir fürsət yaratmaqdır. Düşünürəm ki, pandemiya xəstəliyinin yayılmasının qarşısını almaq üçün daha ciddi və sərt qərarlar qəbul etmək lazımdır” -deyə, Tehran əyalətinin Koronavirusla Mübarizə Qərargahının komandanı Əlirza Zali bəyan edib.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed