Şrift:
İranda daha 153 nəfər koronavirusdan ölüb, 2691 nəfər xəstəliyə yoluxub
08.07.2020 [14:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O deyib ki, İranda son bir gün ərzində 153 nəfər “Covid-19” infeksiyasından vəfat edib, 2691 yeni koronavirusa yoluxma halı aşkarlanıb: “Bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 12 min 84 nəfərə, pandemiya xəstəliyinə yoluxanların sayı isə 248 min 379 nəfərə çatıb.



Həmçinin, indiyədək 209 min 463 nəfər də xəsəlikdən tam sağalaraq evə buraxılıb. Təəssüflər olsun ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicələrini davam etdirən 3309 nəfərin vəziyyəti ağırdır.



İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 12 084 nəfərə, yoluxanların sayının isə 248 379 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 68000 nəfəri keçdiyini, 2 milyon 600 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 212 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed