Şrift:
Dövlət Duması Rusiya ərazilərinin özgəninkiləşdirilməsinə qadağa qoyan qanun layihəsi hazırlayıb
08.07.2020 [14:31] - Xəbərlər, Siyasət
Dövlət Duması Rusiya ərazilərinin özgəninkiləşdirilməsinə qadağa qoyan qanun layihəsini hazırlayaraq hökumətə təqdim edib.

Bu barədə jurnalistlərə Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsinin sədri Pavel Kraşeninnikov məlumat verib.

O deyib ki, qanun layihəsinin hazırlanmasında məqsəd ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Deputatlar Rusiya ərazilərinin özgəninkiləşdirilməsi cəhdlərini ekstremizm kimi qiymətləndirməyi təklif edilər.

Layihədə Cinayət Məcəlləsində ölkənin ərazi bütövlüyünün pozulmasına görə, 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması təklif olunur. Ərazi bütövlüyünün pozulmasına çağırışlara görə, 300 min rubladək (təxminən 7 min manat) cərimə tətbiq edilə bilər.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed