Şrift:
“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO
10.07.2020 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Abbas Lisaninin Telegram kanalının verdiyi məlumata əsasən, “United for İran” qeyri-kommersiya təşkilatı milli fəalın azadlığı üçün başlatdığı imzatoplama kampaniyasının davamında güney azərbaycanlıların siyasi məhbuslara azadlıq tələblərini əks etdirən videoçarx hazırlayıb.

Abbas Lisaninin qanunsuz həbsindən sonra güney azərbaycanlılar müxtəlif yollarla, o cümlədən posterlər yaymaq, divarlara şüarlar yazmaq, etiraz məktubları yazmaq və Azərbaycanın Traxtor futbol komandasının oyunlarında etiraz şüarları səsləndirmək , eləcə də 30 saniyəlik videoçarxlar yaymaqla İran təhlükəsizlik təşkilatlarının azərbaycanlı milli-mədəni fəallarına qarşı rəftarlarına etirazlarını bildiriblər.

Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.

Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.

Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed