Şrift:
Ruhani: "İxracatdan əldə edilən 20 milyard avro ölkəyə qaytarılmayıb"
10.07.2020 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu sözləri bu gün sənaye layihələrinin açılışı mərasimində ölkədə xarici valyutaların məzənnəsinin kəskin yüksəlməsi ilə bağlı etdiyi çıxışı zamanı səsləndirib.


Ruhani qeyd edib ki, bu barədə ona Mərkəzi Bankdan məlumat verilib və əgər ixracatçılar pulları vaxtında ölkəyə gətirməsələr, onlara qarşı ciddi qanuni intizam tədbirləri görüləcək.


İranın Sənaye, Mədən və Ticarət nazirinin müavini Hüseyn Müdərris Xiyabani bir müddət əvvəl bildirmişdi ki, ixracatdan əldə edilərək ölkəyə qaytarılmayan pulun miqdarı 40 milyard avrodur. Bu gün Ruhaninin çıxışı göstərir ki, ixracatdan əldə edilən pullardan 50%-i İrana geri qaytarılmayıb.


Digər tərəfdən, iyulun 6-da Tehran prokurorunun müavini Məhəmmədrza Sahibi bildirib ki, Mərkəzi Bankın valyuta sahəsində ixracatçı kimi təqdim etdiyi şəxslərin əksəriyyətinin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil və ya, başqa sözlə desək, belə insanlar mövcud deyillər.


O, həmçinin qeyd edib ki, biznes kartı verilmiş həmin adamlardan çoxunun ümumiyyətlə ixracat məsələsindən anlayışı belə olmayıb.


Bu isə mövcud olmayan insanların adlarına rəsmiləşdirilmiş həmin işlərin İran hökumətinin rəsmilərinin özləri tərəfindən həyata keçirildiyini və pulun da onlar tərəfindən mənimsənildiyini deməyə əsas verir.
Bu xəbər oxucular tərəfindən 290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed