Şrift:
Amerikadan BMT-nin Süleymani ilə bağlı hesabatına reaksiya: "Bu, terroristlərə lisenziya verməkdir"
10.07.2020 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Departament yaydığı bəyanatda bu addımı qərəzli və terrorçulara fəaliyyətləri üçün lisenziya vermək kimi dəyərləndirib.


Dövlət Departamenti Qasım Süleymaniyə qarşı hücumu dəstəklədiyini və bunun ABŞ-ın özünü qorumaq üçün beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirildiyini qeyd edib.


Xatırladaq ki, BMT-nin məhkəmədənkənar və qanunsuz edamlar üzrə xüsusi məruzəçisi Agnes Kalamardin bu gün yayımlanacağı planlaşdırılan hesabatında Qasım Süleymaninin ABŞ tərəfindən həyata keçirilmiş hücumda öldürülməsinin "qeyri-qanuni" olduğu iddia edilir.


Məruzəçi bu istiqamətdə rəsmi Vaşinqtonun Qasım Süleymaninin ABŞ-a qarşı güclü təhdid formalaşdırması barədə yetərli səbəb və sübutlar təqdim etmədiyini deyir. Halbuki Donald Tramp əməliyyat keçirilən gün onun səbəblərini və bəzi sübutları dünya ictimaiyyətinə açıqlamışdı.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed