Şrift:
Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb
10.07.2020 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli fəal iyulun 9-da yerli vaxtla saat 12:00 da vəkili ilə birlikdə “sistemin əleyhinə təbliğat aparmaq və qanunsuz GAMAC Təşkilatına üzv olmaq” ittihamlarına qarşı son müdafiə nitqi üçün Təbrizin İnqilab Məhkəməsinin 16-cı şöbəsində hazır olub.





Abbas Lisani Telegram kanalının verdiyi məlumata əsasən, fəal məhkəmə iclasında yeni “kiber məkanda yalan yaymaq” ittihamı ilə qarşılaşıb.





Məhkəmə həmçinin Əzizinin müvəqqəti azadlığı üçün təyin edilən mülki vəsiqənin məbləğini 500 milyon tüməndən 650 milyon tümənə qaldırıb.





Daha öncə Urmiya 2 nömrəli Cinayət Məhkəməsinin 101-ci şöbəsi Əli Əzizi və daha 5 güney azərbaycanlı fəal barəsində qərar çıxarmışdı. Fəallar 2019-cu il noyabr etirazlarında Urmiyada keçirilən aksiyalarda iştirak etdiklərinə görə “ümumi asayişi pozmaq”da ittiham olunaraq 8 ay həbsi əvəz edən 1.5 milyon tümən nağd cərimə və 20 şallaq zərbəsinə məhkum edilib.





Təbriz həbsxanasının “təhlükəsizlik” kamerasında saxlanıldığı üçün məhkəmə iclasında iştirak edə bilməyən Əzizi barəsində qiyabi qərar çıxarılmışdı. Lakin milli fəalın apelyasiya şikayəti üzrə onun işinə yenidən baxılacaq.





Təhlükəsizlik qüvvələri fevralın 23-də Əzizinin ata evinə müraciət edərək onu yaxalamışdı. Əzizi martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed