Şrift:
Biçini başa çatdıran Ağcabədi taxılçıları 105 min 494 ton məhsul tədarük ediblər
10.07.2020 [11:13] - Gündəm, İqtisadiyyat
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımı başa çatıb.

Zəmilərdən 105 min 494 ton məhsul əldə edilib. Toplanmış məhsulun 77 min 150,9 tonu buğda, 28 min 343,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 37,2 sentner, o cümlədən buğda sahələrində 38,6 sentner, arpa sahələrində isə 34 sentnerdir. 2019-u illə müqayisədə hər hektarın məhsuldarlığı 1,1 sentner çoxdur. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.

Qeyd edək ki, Ağcabədi rayonunda 2020-ci ilin məhsulu üçün 28 min 324 hektarda taxıl, o cümlədən 19 min 989 hektarda buğda, 8335 hektarda arpa becərilib.
Bu xəbər oxucular tərəfindən 152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed