Şrift:
Şimal rayonlarında qəbul imtahanlarında 853 məzun biliklərini sınayıb
10.07.2020 [14:20] - Gündəm, Bildiriş
İyulun 10-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda Quba, Qusar, Şabran və Xızı rayonlarından, ümumilikdə 853 nəfər iştirak edib.

5 mərkəzdə keçirilən imtahanlara 103 nəzarətçi müəllim, o cümlədən 13 imtahan rəhbəri cəlb olunub.

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları saat 11:00-da başlanıb və 3 saat davam edib.

DİM-in Xaçmaz regional bölməsinin əməkdaşı, imtahan rəhbəri Şalbuz Şahbazov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

İmtahan günü Qubada 449, Qusarda 206, Şabranda 162, Xızıda 36 nəfər biliklərini sınayıb. İmtahanlar zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed