Şrift:
Fərəc Quliyevlə Ədalət Vəliyev arasında görüş keçirilib
10.07.2020 [17:00] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev arasında görüş keçirilib.Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan müharibəsi, iqtidar-müxalifət münasibətləri və pandemiyanın yaratdığı çətinliklər və həyata keçirilən tədbirlər planı müzakirə edilib. Milli strategiya və milli təhlükəsizlik məsələlərində iqtidarla müxalifətin vahid mövqedən çıxış etməsinin vacibliyi qeyd olunub.

F.Quliyev müxalif partiya lideri olaraq, ölkə Prezidentinin təşəbbüsü ilə aparılan yeni siyasi islahatları, siyasi sistemin formalaşan yeni konfiqurasiyasını, o cümlədən iqtidar-müxalifət münasibətlərinə önəm verilməsini təqdir etdiyini bildirib. Partiya sədri müzakirə edilən məsələlərlə bağlı partiyasının mövqeyini təqdim edərək, təkliflərini verib. O bildirib ki, milli strateji məsələlərdə MDHP dəyişməz mövqeyə malikdir və bu istiqamətdə ölkədəki bütün güclərin əməkdaşlıq etmələrini və vahid mövqedən çıxış etmələrini vacib hesab edir.
Görüşdə eyni zamanda iqtidar-müxalifət siyasi dialoqunun inkişafı barədə fikir mübadiləsi aparılıb və bu istiqamətdə də F.Quliyevin verdiyi təkliflər qeyd edilib.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed