Şrift:
Birləşmiş Ştatlardakı qazma qurğularının sayı azalır
11.07.2020 [11:19] - Gündəm, İqtisadiyyat
ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalıb.

Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 5 ədəd azalaraq 258 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Qazma qurğularının sayı ardıcıl 18-ci həftədir ki, azalır. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 700 ədəd geriləyib.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd azalaraq 181 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 603 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə bir ədəd azalaraq 75 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 97 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed