Şrift:
İranda 2 körpə və 1 uşaq koronavirusdan ölüb.
11.07.2020 [12:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə şəhərin Tibb Elmləri Universitetinin rəhbəri Məhəmməd Əfkar məlumat yayıb. Ölən körpələr 5 və 59 günlük, uşaq isə 3 yaşında olub.


Rəsmi həmçinin qeyd edib ki, artıq şəhər infeksiyanın 2-ci dalğasının yayılması səbəbindən qırmızı vəziyyətdədir. Onun sözlərinə görə, artıq şəhər əhalisindən 840 nəfər koronavirusa yoluxub, onlardan 60 nəfəri isə vəfat edib.


Məhəmməd Əfkar bölgədə koronavirusun tüğyan etməsinin səbəbini insanların şəxsi və ümumi gigiyena qaydalarına riayət etməməsi ilə əlaqələndirib.


O, sonda bildirib ki, Türbəti-Camda Krım-Konqo hemorragik qızdırmasına yoluxduğu ehtimal edilən 16 nəfərdən 11-nin testi müsbət çıxıb.


Qeyd etmək lazımdır ki, indiyədək koronavirusun uşaq və gənclərə həyati təhlükə yaratmadığı, onların yalnız daşıyıcı ola biləcəyi düşünülürdü.
Bu xəbər oxucular tərəfindən 148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed