Şrift:
ABŞ-da yeni antirekord: koronavirusa 63.200 yeni yoluxma qeydə alınıb
11.07.2020 [12:10] - Gündəm, Sosial
Son bir həftədə Birləşmiş Ştatlarda üçüncü dəfə gün ərzində COVID-19 koronavirusuna yoluxma hallarının sayına görə antirekord nəticə qeydə alınıb.

Bu dəfə gün ərzində yoluxanların sayı 63.000-dən çox olub.

Cons Hopkins Universitetindən olan tədqiqatçıların cümə günü dərc etdikləri yenilənmiş məlumatdan görünür ki, cümə axşamı Amerika Birləşmiş Ştatlarında 63.200-ə yaxın yeni yoluxma halı qeydə alınıb. Bu, çərşənbə axşamı müəyyən edilmiş əvvəlki rekorddan təqribən 3.000 fakt qədər çoxdur.

Cons Hopkins Universitetinin məlumatına görə, indiyə qədər ABŞ-da təqribən 3,2 milyon yoluxma və 133.300 ölüm halı qeydə alınıb.

Florida ştatının administrasiyası cümə axşamı 120 ölüm və 9 min yeni yoluxma faktını qeydə alıb. Bu göstərici əvvəlki günlərlə müqayisədə (bundan əvvəlki rekord 10.000 hadisədən çox olub) bir qədər azdır.

Ştatın Səhiyyə Departamentinin məlumatına görə, Floridanın əhalisi ən sıx olan Mayami-Deyd dairəsində koronavirusa yoluxanların sayı cümə axşamı 33,5 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed