Şrift:
İraqın şimalında 8 PKK terrorçusu məhv edilib
11.07.2020 [12:12] - Xəbərlər, Hərb
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Haftanin bölgəsində PKK düşərgələrinə növbəti dəfə ağır zərbə endiriblər.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, “Pəncə-Qaplan” antiterror əməliyyatları çərçivəsində bu dəfə bölgədə 8 PKK terrorçusu məhv edilib. Terrorçuların yerləri pilotsuz uçuş aparatları ilə müəyyən olunub.

Ölkə daxilində keçirilən antiterror əməliyyatları çərçivəsində isə Muş vilayətinin Varto rayonunda PKK-ya məxsus 3 cəbbəxana aşkarlanıb. Çox sayda silah və sursatın ələ keçirildiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed