Şrift:
Stokholmda Güney Azərbaycanda zəlzələdən zərər çəkənlərə yardım konserti keçiriləcək
30.10.2012 [12:07] - Mədəniyyət, Diaspor
Röya Güney Azərbaycanda zəlzələ zamanı əziyyət çəkənlər üçün pulsuz oxuyacaq. Müğənnilər Yaqub Zurufçu ilə Röya Ayxan bir səhnəni paylaşacaq. Y.Zurufçu açıqlamasında bildirib ki, onlar Stokholmda keçiriləcək konsert proqramında çıxış edəcəklər.

Noyabrın 25-nə təsadüf edəcək konsert xeyriyyə xarakteri daşıyacaq. Tədbirdən əldə olunan vəsait isə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə bu ilin avqustunda Güney Azərbaycanın Qaradağ bölgəsində baş verən zəlzələdən əziyyət çəkənlərin ailələrinə çatdırılacaq.

Y.Zurufçu onu da bildirib ki, konsertin təşkilatçıları Güney Azərbaycanda onun, Azərbaycanda isə Röyanın olduqca məşhur olmasını əldə əsas tutaraq, məhz onların konsertini təşkil ediblər.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed