Şrift:
Moldovada fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb
11.07.2020 [13:16] - Gündəm, Sosial
Koronavirus pandemiyası səbəbindən Moldovada tətbiq edilən fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb. Bu, bütün dünyada koronavirusa yoluxma hallarının kifayət qədər böyük sayının qeydə alınması ilə bağlıdır.

Moldovanın Baş naziri İon Kiku bu barədə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Moldova hökuməti dünyada hökm sürən əlverişsiz epidemioloji vəziyyət səbəbindən karantin məhdudiyyətlərinin yumşaldılmasına imkan verə bilməz.

O bildirib ki, xaricdən qayıdan Moldova vətəndaşları bundan sonra da 14 gün ərzində özünütəcrid rejiminə riayət edəcəklər.

Baş nazir, həmçinin bildirib ki, bütün karantin məhdudiyyətləri, xüsusən də qapalı məkanlarda təntənəli tədbirlərin keçirilməsinə qadağa qüvvədə qalır.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed